Orxan Əfəndi (Azərbaycan)
Orxan Əfəndi (Azərbaycan)

One Caucasus Festivalı 2019-un növbəti əsas iştirakçılarrından birinə nəzər salaq: Orxan Əfəndi (Azərbaycan)

 

Orxan Əfəndi, əsasən rock'n roll ilə birlikdə blyuz üzərində cəmlənmiş, orijinal janrda ifa edən musiqiçi və mahnı müəllifidir. O bundan əlavə olaraq, bu janrlarla bərabər digərlərini də birləşdirir. O, uzun müddətdən bəri (əsasən 2014-cü ildən) yazır və səhnədə ifa edir.

 

Orxan gitara, bas və fortepiano çalır, eyni zamanda zərb alətlərində fundamental təcrübəyə sahibdir. Üstəlik, mahnılarının həm musiqisini, həm də sözlərini özü yazır.

Əfəndi, ilk orijinal mahnısını 2014-cü ildə özünütənqiddən, depressiyadan və qısqanclıqdan bəhs etdiyi blyuz-rok bəstəsi "Frustration" adı ilə buraxıb. Bir neçə aydan sonra o, karyerası boyunca dinləyicilərin ən çox diqqət və rəğbətini qazanan, sevgilinin duyğuları ilahiləşdirməsindən bəhs edən "İdolized" adlı bir rok-ballad yaratdı.

Onun başqa bir cəlbedici musiqisi isə "Nightmare of the Belle"-dir. Davamlı olaraq bəstələri ilə yeni dinləyicilərin qəlbini fəth edir.

O, hal-hazırda yeni orijinal musiqi parçaları üzərində işləyir və müxtəlif məkanlarda canlı konsertlər verir.

 

 

22 avqustda One Caucasus festivalının açılış gecəsində bizə qoşulun və yeni musiqi təşəbbüslərinin yaradıldığı beynəlxalq mərkəz olan Tserakviden bizimlə qalın.

 

OneCaucasus Sponsors