One Caucasus festival olmaqla bərabər, həm də uzun müddətli sərhədyanı proqramdır. Azərbaycan, Gürcüstan və Ermənistan gəncləri üçün yerli icmalarla birlikdə təlimlər təşkil edirik. Biz öyrədərək –öyrənmək metodu yönümlü müxtəlif motivli təlimlər hazırlayırıq.

2014-cü ildən One Caucasusun Marneuli rayonunun kəndlərinin əksəriyyətində 400-dən çox uşaq, gənc və orta yaşlılarla işləmişik. Bizim komandanın təlimçiləri sırasına professional pedaqoqlar, könüllülər və yerli fəallar daxildir. Seminar mövzuları qısa filmlər  vasitəsi ilə yerli icmalara Marneuli vətəndaş büdcəsi layihəsinə yaradılmasına dəstək verəcək.

Bu il də biz artıq Marneuli kəndlərində müxtəlif təlimlərə başlamışıq. Bizim pedaqoqlar və yerli icmalar Marneulu rayonunda yeni tədris təşəbbüsləri yaradırlar.

One Caucasus 2015 Təlimlər

Storypuri

Bölgənin və xalqların tarixi onun ləziz yeməklərində gizlənmişdir. Biz Marneuli bölgəsindəki, Azəri, Gürcü, Erməni və Yunan xalqlarının hekayələrini canlanırmaq üçün yemək reseptlərini toplamağa başlamışıq.

Caucasus News + Cizgi film çəkilişi təlimləri.

Bu il uşaqlar müxtəlif motivli “Caucasus News” layihəsi üçün cəlb olunur.  Onlar stop-motion-karikatura metodlarından istifadə edərək öz xəbər materiallarını hazırlayıb çəkiliş edəcəklər. Bu seminarın məqsədi Marneulin Azərbaycan, Gürcü ,Erməni kəndlərindən olan uşaqları bir araya gətirməkdir. Qarışıq komanda müxbir, jurnalist, animator, operator və mühəndis kimi funksiyaları icra edəcək.

Sözdə uşaq

Biz uşaqlarla bağlı olan poeziya və hekayələr gətiririk, belə ki, onlar öz təxəyüllərini canlandırmağa başlayırlar və sonra biz onlara öz bədii esselərini yazmaq üçün sadə tapşırıqlar veririrk.

 Gəl,  oxuyaq

“Gəl, oxuyaq” təlimi müddətində uşaqlar ingilis dilində mahnılar oxumağı öyrənəcəklər. Bundan əlavə, birgə oxumaq uşaqları daha inamlı edir.

Cizma-qara –proqramlaşdırma təlimi

Əsas məqsəd ideanı təqdim etməkdir ki, proqramlaşdırma yaradıcı və əyləncəli fəaliyyət ola bilər. Bu proqramlaşdırma ilə uşaqlar onlayn olaraq başqaları ilə bölüşmək üçün öz interaktiv hekayə, oyun və animasiyalarını yaradacaq.

Təlimlər innovativ və alqoritmik yol ilə düşünmək, bacarıqların analitik inkişafı və həmçinin əməkdaşlıq və məntiqli və səmərəli yollarla öyrənmək üçün böyük fürsət olacaq.

Daha çox qeyri-adi seminarlar sizi və ailənizi bizim festivalda gözləyir. İkinci dəfə  düşünmədən Tseraqvidə bizə One Caucasus üçün qoşulun.

 

Kommunikasiya nədir? Əcnəbilər ilə necə kontakt qurmalı?

Bu il uzun-müddətli könüllülər və təlimçilər Nailə Hüseynli və İrakli Mikiani Azərbaycanlı yeniyetmələri Kommunikasiya təliminə cəlb etdilər. Seminar “Kommunikasiya nədir? Əcnəbilərlə necə kontakt qurmalı” mövzusunda idi. Təlimin əsas məqsədi kommunikasiyanın formaları, başqa mədəniyyətlərin dəyərləri qaydaları haqqında informasiya əldə etmək, kommunikasiya və müzakirə etmək bacarıqlarını inkişaf etdirmək, hissləri ifadə etmək və empati qura bilmək bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.

 

 

 

OneCaucasus Sponsors