Harada olmağınıza baxmayaraq One Caucasusda iştirak etmək üçün Tserkavidə bizə qoşulun!

 

Maşınla

Tserakviyə getmək üçün Marneuli-Sadaxlo yolu (Tbilisi-Yerevan istiqamətində) ilə getməlisiniz. Əgər Tbilisidən gəlirsinizsə, Şulaveridə sağa dönməlisiniz. Tserakvi Tbilisidən təxminən 72 km uzaqlıqda yerləşir (maşınla 1 saat 20-30 dəqiqə).

Əgər Ermənistan və ya Azərbaycandan (Qırmızı Körpü yolu ilə) gəlirsinizsə, Şulaveridə soal dönməlisiniz. Şaumiyani və bir neçə kənddən keçirsiniz. Siyonidən sonra Tserakvi yerləşir. Kampımız yolun solunda yerləşir.

 

Avtobusla

Ödənişsiz avtobusların hərəkət cədvəli (yerliləri götürən avtobuslardan başqa):

  • Saat 12:00, 16:00-da Tbilisidən (Gül İnqilabı Meydan - xəritədə -  https://goo.gl/maps/doYYeZ2AhRssFdFa9 (13:00, 17:00-da Marneulidə dayanır - Marneuli Mədəniyyət Mərkəzinin yanı) - 2 avtobus
  • Saat 16:00-da Qırmızı Körpü və Sadaxlodan (boş yer olsa yerliləri də götürəcək)

                                                                                                

Velosipedlə

One Caucasus-a velosipedlə gəlin - Qafqaz ölkələrində velosipedlə səyahət etmək üçün praktiki tövsiyələr.

Tserakviyə One Caucasus Festivalı üçün gələcək olan ilk 3 velosipedçiyə xüsusi One Caucasus boxçası (One Caucasus köynəyi və başqa hədiyələr) təqdim ediləcək. (Velosiped ilə 100 km-dən az olmayan məsafədə).

 

Yaşayış

Tserakvi kəndi festival ərazisində sizi ödənişsiz düşərgə ərazisi ilə təmin edir. Siz həmçinin duş və Avro-Asiya tualetlərini ödənişsiz şəkildə istifadə edə bilərsiniz. Öz ç adırınızı gətirə bilərsiniz, həm də bizdən çadır kirayələmək imkanınız olacaq (qeyd: bu linkə daxil olmaqla siz çadır bron edə bilərsiniz). Qiymətlər: Çadırın qiyməti -3 nəfərlik çadır bir gecəlik 20 GEL. 1 nəfərlik yataq dəstinin qiyməti (yataq tulumu və mat ) hər gecə üçün 10 GEL. 

Bununla yanaşı siz bizim şəhərcikdə otaq kirayə götürə və yaxud Marneuli və ya Tbilisidə oteldə qala bilərsiniz.

*Magti sim kartından istifadə etməyinizi tövsiyə edirik, çünki əhatə dairəsi daha yaxşıdır və qoşulmaq sizin üçün daha rahat olacaq.

Mövcud yaşayış yerləri haqqında ətraflı məlumatı festival məkanında yerləşən məlumat mərkəzimizdən əldə edə bilərsiniz. Siz həmçinin dağın zirvəsində yerləşən Şaumyani Oteldən One Caucasus iştirakçıları üçün xüsusi olan endirimdən faydalana bilərsiniz.

Ermənistan-Gürcüstan sərhədindən keçsəniz (məsələn, sərhəddən ödənişsiz avtobus gözlədiyiniz vaxt ərzində), sizə bir restoran və ya otel (əlaqə - Armen +37493280848) tövsiyə edə bilərik.