Red Carpet Band (Georgia)
Red Carpet Band (Georgia)

One Caucasus 2019 festivalının növbəti əsas iştirakçısı ilə olan müsahibəni təqdim edirik: ``Red Carpet`` Qrupu

 

Onların musiqi yolu müxtəlif musiqi alətlərində çalmağı öyrənə biləcəyiniz Marneulidəki (Bolnisi yaxınlığındakı şəhər) Mədəniyyət Mərkəzində başlayıb. Qrupun üzvləri bu mərkəzdə ayrı-ayrılıqda təhsil alırdılar və bir-biriləri ilə tanış olduqdan sonra bir gün ağıllarına qrup yaratmaq ideyası gəlib. Bu baxımdan onlar Marneulinin mədəni həyatının tanınan simalarına çevriliblər.

'' Red Carpet '' pop, rok, pop-rok, blyuz kimi tərzlərdə ifa edirlər.

``Adətən biz sevdiyimiz və cəmiyyətdə məşhur olan musiqilər üzərində işləyirik. Birlikdə işləmək və insanları sevindirən musiqi yaratmaqdan çox şadıq ”- qrupun üzvlərindən biri.

 

One Caucasus: Böyük bir səhnədə işə başlamaq asan idi? Musiqi yolunuzun əvvəlindən hansı çətinliklərlə üzləşdiniz?

 

Red Carpet Qrupu: Başlanğıcda olduqca çətin idi, çünki hər kəs səhnədən qorxur, xüsusən də böyük layihələrdə iştirak etməyə başlayanda. Vaxt keçdikcə hazırladığımız musiqiləri insanlarla bölüşməyə alışdıq. İnsanlar bizi səhnədə görəndə eşitdiyimiz alqış səsini, bizimlə necə bilikdə oxuduqlarını, rəqs etdiklərini və bizi eşidəndə xoşbəxt olduqlarını görəndə çox sevinirik. Bu gördüyümüz işi daha çox həvəslə görməyə sövq edir.

 

“ Red Carpet '' One Caucasus Festivalında üçüncü dəfə iştirak edəcək!

 

One Caucasus: Sizi hər dəfə One Caucasus-a nə gətirir?

 

``Red Carpet``: One Caucasus səhnəsi və festivalın özü azadlıq, sevgi, dostluq, mehribanlıq, dəstəkləşmə və bunun kimi bir çox digər xoş hissləri hiss edə biləcəyimiz bir yerdir. Orada ifa edəndə hiss edirik ki, nəinki gürcülər, eyni zamanda bütün dünyadan gələn qonaqlar bizi dinləyir və işimizdən zövq alırlar. Festival hər bir insana fərqli insanlarla mehriban olmağı və işlərinizi başqaları ilə bölüşməyin nə qədər vacib olduğunu öyrədir. İnsanların performansımızdan həqiqətən zövq aldıqlarını və kimin üçün işlədiyimizi başa düşdüyümüzü hiss edirik!

 

 

 

22 avqustda One Caucasus festivalının açılış gecəsində bizə qoşulun və yeni musiqi təşəbbüslərinin yaradıldığı beynəlxalq mərkəz olan Tserakviden bizimlə qalın.