TSU Gordela @ One Caucasus 2020
TSU Gordela at One Caucasus Festival

Biz Qafqazın ən böyük qadın səslərindən biri olan Gordelanın ( Gürcüstan ) One Caucasus festivalının bu ilki buraxılışında bizə qoşulacağını bildirməkdən xoşbəxtlik duyuruq  @ One Caucasus 2020.

Gürcü folk qrupuolan``TSU Gordela`` 2007-ci ildə İvane Javakhishvili Tbilisi Dövlət Üniversitetində qurulub. Ansamblın lideri Vladimer( Tamaz ) Mamaladzedir. ``TSU Gordela`` həmçinin instrumentlərlə kapella kimi polifonik folk musiqiləri ifa edir.

 Qrupun üzvləri simli çalğı alətlərindən;panduri, çonguri, çuniri, lire ( çanqi );taxtadan düzəldilmiş nəfəsli çalğı alətlərindən ( salamuri ), çiboni, larçemi; zərb alətlərindən – nağara, dəf; qarmon  kimi qədim Gürcü folk instumentlərində ifa edirlər. Az bir müddətdə qurulmağına baxmayaraq ansambl çox tez bir zamanda məşhur oldu. Ansambl bir çox musiqi festivallarında mükafatlandırılıb, bütün bunlar qrupun üzvlərinin profesianallığını göstərir.

Gordela One Caucasus festivalının birinci buraxılışında( 2014 ) iştirak edib. Əslən Seneqallı olan musiqiçi Pako Sarr - Varşova–ilə birlikdə ( həmçinin indi One Caucasus-un musiqi rəhbəri) onlar One Caucasus 2014-ün ən yaxşı və unudulmaz musiqi layihələrindən birini həyata keçirdilər.

Gürcüstanın möhtəşəm qadın səslərinin nadir kombinasiyası və Qafqazın ənənəvi çalğı alətlərinin sədası Gürcüstan folkunun real ruhunu kəşf eləmək və Qafqazdakı ən yaxşı ənənəvi musiqi şoularından birindən həzz almaq üçün dəvətdir.

Qısa müddət öncə Gordela musiqidə 10 illiyini qeyd elədi. Bu illər boyunca qrup Gürcüstandan və xaricdən( son zamanlarda sadəcə Fransaya olan qastrolu) olan fanatlarının sevgisini qazanıblar. Gordela ənənəvi Gürcü musiqisi kökləri ilə harmanlanmış yeni möhtəşəm bəstələri, musiqi şərhləri, onların ustadlığı və tutquları ilə öz fanatlarını heyrətləndirir.

 



OneCaucasus Sponsors