Festival proqramının başqa bir hissəsi olan One Caucasus Şəhərciyi Sound  Zone-da ifa edəcək  musiqiçiləri və qrupları təqdim etməkdən xoşbəxtlik duyuruq!

 

Jrimurmurner

''Jrimurmurner''- qeyri-adi melodiyalar, nadir və bəzən qəribə musiqi sözləri… Anna və Holly 2015-ci ildə təcrübi qrupu yaratdılar. Sonra Mary və Ani canlı ifalara qatıldılar. Qrup üzvləri post-punk, synth-pop və elektronik musiqidən ilhamlanır və təsirlənirlər. ``Siz onların musiqilərini dinləyəndə kompyuter proqramlarında hazırlanan bəzi maraqlı çalğı alətlərinin melodiyalarını müşahidə edə bilərsiniz, buna baxmayaraq onlar musiqi işlərində ancaq gitara,bass gitara və pianino ifa edirlər.

Yogaddin

Bakıdan olan ruhi sənətçi  Səid İsmayılzadə ``Mister Happy`` kimi tanınır. O qeyri-adi melodiyalar yaratmaq üçün özünün skripka və vokal bacarıqlarını istifadə edir. O, meditasiya və yoqa üçün musiqidən ilhamlanıb və bu, onun qeyri-adi tərzinə çevrildi. Onun musiqisi insan ruhuna yaxındır və onlara rahatlıq verir.

………………………………………………………………………………………………….

Nick Infest

 Gürcü qrupunun  <<Nick Infest>> adlı musiqisi ənənəvi mühit pionerlərindən gələn elektronik musiqidən təsirlənir.  2008-ci ildə Nick İnfest, Gürcü Psikedelik Birliyinə qatıldı və Gürcüstanda balaca psikedelik ( 1960-cı illərdən ilhamlanan populyar musiqi növlərini və stillərini əhatə eləyən bir musiqi stili) etməyə və eyni zamanda özünün musiqilərini yaratmağa başladı.

…………………………………………………………………………………………………

Ahmedowsky Trio

Ahmedowsky Trio caz, füzyon, yeni funk və ambient musiqilərini kombinasiya edən Bakıdan gələn gənc təcrübəli qrupdur. Varlığının təxminən iki ili ərzində musiqiçilər  Qafqaz ətrafındakı çoxsaylı musiqi məkanlarında çıxış ediblər. Bu il Ahmedowsky Trio, Azerbaycanlı  caz musiqiçisi Vaqif Mustafazadənin kültünə həsr olunmuş "Vaqif sketches" adlı ilk EP-i buraxdı.

 

Les Gardiens du Silence

Les Gardiens du Silence Bakı, Azərbaycandan olan dünyaca məşhur musiqi qrupudur. 2015-ci ildə qurulub. Onun bəstələriində çox sayda mədəniyyət nümunələri bir-birinə qarışdırılmışdır. Les Gardiens du Silence'i dinləyəndə, ney, ud, cembe, harmonium, Celtic arp, didgeridoo, mrdanga, tar, hepidrums, vargan və daha bir çox  ənənəvi etnik çalğı alətinin melodiyalarını duya bilərsiniz. Altı musiqiçi qeyri-adi səs birləşmələrini  sınaqdan keçirir və bütün dünyada musiqi mədəniyyətlərini bir-biri ilə qarşılaşdırır.

Kanudosi Gürcüstanın Qori şəhərciyindən olan caz qrupudur. Qrup 2005-ci ildə gitarist Nikoloz Ghviniashvili tərəfindən yaradılıb. Qrupun adı Gürcü yazıçı Guram Dochanashvili tərəfindən yazılan romandan gəlir və nəzakətin və azadlığın şəhəri mənasına verir. Kanudosi Gürcü şəhərində dəfələrlə solo konsertlər verib və müxtəlif festivallarda iştirak edib : Tbilisi Rok festivalI(2009), ‘’Jazz Jamboree’’(Varşova, 2010),‘’Music for music’’ (Tbilisi , 2011), Trabzon İncəsənət Günləri(2014),‘’KavkazJazz’’ (Tbilisi, 2016) və s.

 

 

 

 

OneCaucasus Sponsors