Marbey

One Caucasus Festivalının əsas sənətçilərindən olan sonuncu gözəl ifaçını təqdim edirik : Marbey!

 

``Marbey`` qrupu Ermənistanda çox yaxşı caz musiqisi ifası ilə tanınır. Qrup öz musiqiləri qədər Erməni bəstələrini də çox özəl bir tərzdə şərh edir. Ermənistanın əsas caz musiqiçiləri ilə birlikdə ``Marbey`` ABŞ, Rusiya, Gürcüstan, Belarusiya, Avropa və BƏƏ-də konsertlər vermişdir. Qrup aktiv olaraq "Zolotoy Shlyager“(Belarusiya), "Yerevan of the 70s sings“,"Jazz Fest“ (Ermənistan ) və bunun kimi başqa müxtəlif festivallarda iştirak edir.

 

``Marbey``-in  əsas qadın solisti Marina Hakobyandır. O, Ermənistanda bir neçə caz yarışmalarında ən yaxşı caz müğənnisi (2012-ci il, 2014-cü il ``Van``-da, 2014-cü il ``Dream`` musiqi mükafatlarında)  və ``Big Sky 2016`` (Moskva) Beynəlxalq Caz Festivalında ``Lady Jazz`` adına layiq görülmüşdür.

24-27 Avqust tarixlərində Gürcüstan, Marneuli, Tserakvidə bizə qoşulun! Marbey-in bizim başqa sənətçilərimizlə olacaq inanılmaz musiqi ifasından həzz alın!

 

 

 

 

 

 

 

 

OneCaucasus Sponsors