One Caucaus Festivalı 2019-un növbəti əsas iştirakçısı: DedeBaba! (Azərbaycan)

Qrupla olan reportajı oxuyaq:

One Caucaus: Musiqi karyeranız necə başladı?

DedeBaba: İlk konsertimiz 20 dekabr 2015-ci ildə olub. Sosial problemlər haqqında mahnı oxumaq istəyirdik, amma insanların gülümsəməsi və baş verənlər barədə düşünməyə başlamaları üçün bunu əyləncəli şəkildə etmək qərarına gəldik. Qısacası, buna tragikomediya deyə bilərik. Bizim janrımız aşıq-pank adlanır, lakin bir vaxtlar rok-n-roll, ska, reqi, rokabilli, hip-hop, latino, metal və hətta opera kimi tamamilə fərqli janrlarda da musiqilər ifadə etmişik.

Bütün bunları azəri milli musiqisi ilə qarışdırıb nəticədə "DədəBaba"-ı alırıq.

One Caucaus: Musiqi yolunuzun əvvəlində hansı çətinliklərlə üzləşdiniz və indi də qarşılaşırsınızmı?

DedeBaba: Heç vaxt musiqi yolumuzda müəyyən çətinliklər yaşamamışıq, çünki bizə həmişə kömək edən insanlar var idi (hətta yeni bir albom çıxana qədər bəzi avadanlıqla təmin etməkdə də) və bunları tamamilə qarşılıq istəmədən edirlər! Bir çox insanlar etdiklərimizi bəyənirlər.

 

One Caucaus: Yeni mahnılarınızı necə yaradırsınız? İlham mənbələriniz nələrdir?

DedeBaba: Ətrafımızda baş verən hadisələrə əsasən mahnılarımızı yazırıq. Ətrafınızda olanlara diqqətlə baxsanız bir çox maraqlı şeyləri görüb və fərqinə varmaq mümkündür.

 

One Caucaus: Nə haqqında mahnı oxuyursunuz?

DedeBaba: Həyatın özü haqqında yazırıq; əsasən, ailə problemləri haqqında.

 

One Caucaus: One Caucasus kimi tədbirlərdə iştirak təcrübəniz varmı?

DedeBaba: Xeyr, amma "Caucasus Music Awards Phoenix"-də iştirak təcrübəmiz var. "Molotov kotleti" mahnısına görə orada ən yaxşı video mükafatına layiq görüldük.

 

One Caucaus: Sizcə, qısa müddət ərzində musiqi qruplarının bir-birini tanıması və festival qonaqları üçün yeni musiqilər yaratmaq asan olacaqmı?

 

DedeBaba: Əlbəttə! Musiqi ortaq dildir və bütün musiqiçilər bunu bilir.

 

22 avqustda One Caucasus festivalının açılış gecəsində bizə qoşulun və yeni musiqi təşəbbüslərinin yaradıldığı beynəlxalq mərkəz olan Tserakviden bizimlə qalın.