Pako Sarr

One Caucasus Festivalının əsas ulduzlarından və sonsuz istedadlı musiqiçilərindən birini təqdim etməkdən qürur duyuruq : Pako Sarr!

Pako Sarr ( Soweto Youth Boys, ARRA, Pako Sarr musiqi qrupu) hal-hazırda Polşada yaşayan Seneqallı sevilən sənətçidir.

 Bu il onun One Caucasus Festivalı ilə birlikdə 4-cü ili olacaq. Bu istedadlı musiqiçi, bəstəkar və prodüser fərqli səsi və mükəmməl gitara texnikası ilə tanınır. Volof, ingilis və fransız dillərində ifa edir . Onun musiqisi Afrika köklərini qərb təsirləri ilə birləşdirir. O, Dünya Musiqi Səhnəsində əfru, regi,ruhu və rok üslubu ilə özünü ifadə edən aktiv biridir. Müxtəlif musiqi və incəsənət tədbirləri boyunca 33A, Chveneburebi, Gordela və Zumbaland kimi fərqli Gürcü qrupları ilə çalışıb.

Pako Sarr One Caucasus Festivalı 2016-nın musiqi rəhbəri olub və keçən ilki təcrübə göstərdi ki, Pakonun işinə olan tutqusundan və sədaqətindən ötürü möhtəşəm musiqi çalışmalarına imza atdıq. O, bu il də One Caucasus Festivalının musiqi rəhbəri olacaq və bu daha da diqqətçəkici bir musiqi proqramı və müdhiş yaradıcılıqlar eləyəcəyimiz mənasına gəlir.

24-27 Avqust tarixləri arasında Gürcüstan, Marneuli, Tserakvidə bizə qoşulun! Pako Sarrın bizim başqa ulduzlarla bərabər olan inanılmaz musiqi ifalarından həzz alın!
 

 

 

 

 

 

 

OneCaucasus Sponsors