Natig Rhythm Group @ One Caucasus 2017!
Natig Rhythm Group

Natiq Ritm Qrupu One Caucasus-da!

Fəxrlə elan edirik ki, dünyaca məşhur Natiq Ritm Qrupu One Caucasus 2017 festivalında çıxış edəcək. Qafqazda doğulmuş ən böyük nağara ifaçısı Natiq Şirinov, Azərbaycanda ilk ritm bəstəkarı olmaq üçün nağara peruksiya texnikasında yenilik edərək Alim Qasımovun truppasında 1999-cu ildən 2007-ci ilə kimi dünya turuna çıxır, indi isə Natiq Ritm Qrupu yaradıcı enerjisini mükafatlı performanslar və yenilikçi kompazisiyalarla birləşdirir.

One Caucasus 2017 ərzində Natiq Ritm Qrupu ( 10 nəfərlik heyətlə) digər ölkələrdən olan musiqiçilərlə və başqa janrlarda işləyəcəklər. Qafqazın ən möhtəşəm canlı musiqi şoularından biri olmaqla yanaşı yeni beynəlxalq musiqi layihələrinin premyarası olacaq.

Natiq Natiq Ritm Qrupu ilə 2011-ci ildə  Geumsan World Percussion Performance Art Festivalında Grand Prix mükafatına layiq görülüb. 2012 və 2014-cü illərdə isə Natiq İsveçrədəki Montreux Jazz Festivalında çıxış etməklə yanaşı, masterklasslar vermişdir. 

 Natiq Şirinov ritm ilə doğulub. Onun Azərbaycan perkusiya musiqisinə verdiyi çoxsaylı tövhələr incəsənətdə yeni istiqamətləri ilhamlandıran musiqi standartları yaratmışdır. O, Azərbaycanda ilk ritm bəstəkarı olmaq üçün nağara peruksiyasında revolusioner texnika yaratdı. 1984-cü ildə, 9 yaşından etibarən Natiq, Tofiq İsmayılov adına musiqi məktəbində müəllimi Azər Əliyev ilə nağara öyrənməyə başladı. Təhsil aldığı hər il o, bilik və texnikalarını inkişaf etdirməyə davam edirdi. Natiq 24 yaşında profesional karyerasına ilk addım olan, muğam ustası Alim Qasımovdan dəvət aldı. Bu qrup ilə o, 1999-2007-ci illər ərzində dünya turu etdi: Birləşmiş Ştatlar, İngiltərə, Yaponiya, Fransa, Almaniya, İtaliya, İspaniya, Avstraliya, İran, Mərakeş, Rumıniya, Çin, Polşa, Koreya, Rusiya, Serbiya və Türkiyə. Bu turlarda Natiq darbuka ustası Misirli Əhmədin yenilikçi performansından və tabla ustası Zakir Hüseyndən ilhamlanmışdır. Beləliklə, o nağara üçün yeni ritmlər bəstələməyə başlamışdır.

2001-ci ildə o, 5 üzvü ilə birlikdə “Natiq Ritm Qrupu”nu yaratdı. Nağara ilə yanaşı o, zurna, balaban və tütək kimi qədim Azərbaycan alətlərini də qrupa daxil etmişdir. 2002-ci ildə o, yeni ritm alətləri axtararkən, Moskvadakı Hindistan konsulluğunda tablada ifa etməyi öyrənmişdir. Beləliklə, Azərbaycan ritmlərini dünya ritmləri ilə sintez etməyə başladı.

Natiq 2004-cü ildə “Mənim dünyam” və 2006-cı ildə “Mənim dünyam II” albomlarını buraxmışdır. O müxtəlif növ nağaralar istifadə edərək kompazisiyaları birləşdirib, belə ki, bam, böyük, darı, davul, küt, qopuzlu, qoşa, zəng və zil kimi növlər bu alboma daxildir. O bəstələrində ənənəvi Azərbaycan folk musiqisi ilə yeni istiqamətləri və ritmi tanış etdi. Natiq və Natiq Ritm Qrupu bir çox beynəlxalq musiqi festivallarında (Belçika, Fransa, Almaniya, Malaziya, Mərakeş, Polşa, Rumıniya, Rusiya və Taivan kimi ölkələrdə) çıxış ediblər və dəfələrlə mükafatlandırılıblar.

Natiq Ritm Qrupu Dövlət Rəqs Ansamblı ilə birlikdə 2008-ci ildə, Azərbaycanda, Türkiyədə və Serbiyada Avroviziya Mahnı Müsabiqəsinin böyük açılış mərasimində çıxış ediblər. 2011-ci ildə Natiq və Natiq Ritm Qrupu Geumsan World Percussion Performance Art Festivalında Grand Prix mükafatına layiq görülmüşdür. Və 2 il ard-arda Natiq Ritm Qrupu Malaziyadakı Royal Belum World Drums Festivalında (2011/2012) baş qrup olmuşdur. Bununla yanaşı Natiq Ritm Qrupu 2012-ci ildə Azərbaycanda keçirilən Avraviziya Mahnı Müsabiqəsinin canlı yayımlanan açılış və bağlanış mərasimlərində ifa ediblər.

Natiq Ritm Qrupu dünya superstarı Rihannanın 2012-ci ildə, Bakıdakı konsertində açılış ifaçısı olub. 2012 və 2014-cü illərdə Natiq Ritm Qrupu İsveçrədəki Montreux Jazz Festivalında çıxış etməklə yanaşı, masterklasslar vermişdir. 2015-ci ilə onlar, Birinci Avropa Oyunlarının və 2017-ci ildə isə Dördüncü İslam oyunlarının açılış mərasimlərində çıxış etmişlər.

 

 

OneCaucasus Sponsors