One Caucasus 2014-cü ildən bəri Gürcüstanın Marneuli rayonunda baş tutan rəngarəng motivli, Cənubi Qafqazda sərhədləri birləşdirən, uzun müddətli festivaldır. Festival Gürcüstanın Ermənistan və Azərbaycan ilə sərhəddindəki Marneuli rayonunun Tserakvi kəndində keçirilir.

Niyə bu region?

Çünki Marneuli illərdən bəri müxtəlif etnik və dini qrupların sülh şəraitində yaşadığı bölgə kimi tanınır.

Cənubi Qafqaz konfliklərlə mübarizə aparmışdır, buna görə də bizim məqsədimiz bütöv Qafqazda gənclər üçün ilhamverici və təhlükəsiz bir məkan yaratmaqdır.

One Caucasus Qafqazdakı və bütün dünyadakı musiqiçiləri, rəssamları, animatorları, memarları, könüllüləri və digər incəsənət adamlarını bir araya gətirir. Həmçinin, yerli icmalar ilə işləyir. Biz, birlikdə Azərbaycanlı, Gürcü və Erməni uşaqları üçün tədris proqramı yaradırıq.

Qafqaz tarixində ilk dəfə biz 2015-ci ildə Marneuli sakinlərini “Vətəndaş büdcəsi” mütərəqqi demokratik proqramına cəlb etməyi bacardıq, hansı ki, bununla vətəndaşlar yerli idarəetməyə birbaşa təsir göstərirlər.

Biz dünyanı öz fəaliyyətlərimizlə dəyişirik, siz də bu dəyişimin bir parçası ola bilərsiniz! One Caucasus 2018-də bu möhtəşəm hərəkata qoşulmaq üçün bizi izləyin.



The project is cofunded by Marneuli Municipality, Government of the United States, the Ministry of Culture and National Heritage of the Republic of Poland, Warsaw City Hall, Ministry of Culture and Monument Protection of Georgia and French Institute of Georgia